Polşa Belarusla sərhəddəki hərbçilərinin sayını üç dəfə artıracaqbackend

Polşa Belarusla sərhəddəki hərbçilərinin sayını üç dəfə artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Belarusla sərhədində hərbçilərin sayını demək olar ki, üç dəfə artıracaq.

Editor.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəsmi saytındakı press-relizdə məlumat verilib. Qeyd olunub ki, missiya avqustun 1-dən başlayacaq. Bu vaxta qədər iki əməliyyat başa çatacaq: təlim və sərhəd mühafizəsi. 17 minə qədər Polşa əsgərinin iştirak edəcəyi “təhlükəsiz Podlasie” əməliyyatı olacaq.

Mətbuat açıqlamasında hazırda Polşa-Belarus sərhədində təxminən 6 min hərbçinin olduğu bildirilir. Bu əməliyyatı ilk dəfə iyulun 17-də Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış elan edib. O bildirib ki, Varşava avqustun 1-dən Belarus sərhədinin mühafizəsi üçün xüsusi əməliyyata başlayacaq. Onun sözlərinə görə, vəziyyət tələb edərsə, ölkə əlavə qüvvələr ayırmağa hazırdır.

Bundan əvvəl Polşanın Belarusla sərhədindəki hasarın möhkəmləndirilməsi və modernləşdirilməsini planlaşdırdığı bildirilirdi. Polşa səlahiyyətliləri maneənin qeyri-qanuni immiqrantlar üçün effektiv və keçilməz olması üçün 350 milyon avro ayıracaq.

//Gülnarə Abasova, Editor.az