Polşa Belarusla sərhədə qoşun toplamaqa davam edirbackend

Polşa Belarusla sərhədə qoşun toplamaqa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Müdafiə Nazirliyi ölkənin sərhəd xidmətinin müvafiq müraciətindən sonra Belarusla sərhədə daha 1000 hərbçi göndərməyi qərara alıb.

Editor.az PAP-a istinadən bildirir ki, qərarı ölkənin müdafiə naziri Mariuş Blaşçak təsdiqləyib. Departamentin baş komendantı Tomaş Praha qeyd edib ki, son vaxtlar Polşa-Belarus sərhədində “daha bir qeyri-qanuni miqrant dalğası və hibrid müharibənin növbəti mərhələsi” başlayıb.

Praqaya görə, Polşa sərhədinə gələn hər bir qeyri-qanuni miqrant qrupu “Belarus dövlət xidmətləri tərəfindən təşkil olunur”. “Polşa-Belarus sərhədində dinamik vəziyyət və sərhəd xidməti komandirinin sərhəd mühafizəsində iştirakın artırılması xahişi ilə əlaqədar olaraq, Milli Müdafiə Naziri sorğuların yerinə yetirilməsi və Polşada patrul xidməti həyata keçirmək üçün Belarus sərhədinə əlavə əsgərlərin göndərilməsi barədə göstəriş verib”, – Polşa Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Agentliyin məlumatına görə, hazırda Belarusla sərhəddə 2000-ə yaxın polşalı hərbçi xidmət edir.

//Samir Qurbanov,Editor.az