Polşa Belarusla sərhədləri bağlaya bilər.
Editor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Polşa bunu miqrant böhranı ilə əsaslandırır.
Polşa Baş naziri Mateuş Moravetski bunu Tallində eston vəzifədaşı Kayey Kallass ilə görüşdən sonra bildirib: “Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb”.
Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşüncələr mövcuddur.
Yenisabah

