Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİRbackend

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hökuməti Gürcüstan, eləcə də Kolumbiya və Venesuela vətəndaşları üçün vizasız rejimi ləğv etməyi planlaşdırır.

Bu barədə “Do Rzeczy” məlumat yayıb.

“Polşa hökuməti miqrasiya siyasətində köklü dəyişikliklər planlaşdırır. Səbəb isə mövcud qanunvericilikdən sui-istifadədir.

Ailə, Əmək və Sosial Siyasət Nazirliyinin qətnamə layihəsinə əsasən, Kolumbiya, Venesuela və Gürcüstan vətəndaşları bundan sonra Polşada vizasız rejim altında işləyə bilməyəcəklər”, – o, bildirib. (Ajans.az)