Polşa bundan sonra Ukraynadan miqrant qəbul etməyəcəkbackend

Polşa bundan sonra Ukraynadan miqrant qəbul etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukraynadan gələn miqrantları sonsuza qədər qəbul etməyə hazır deyil.

Editor.az bildirir ki, Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marcin Przydacza görə, bunun əvəzinə artıq ölkədə olan ukraynalıların həyatını yaxşılaşdırmaq lazımdır: “İnkulturasiyanın miqyası onun imkanlarını aşdıqda problemlər yaranır.

Biz Polşada belə problemlərin olmasını istəmirik”, – Przydacz deyib. “Düşünürəm ki, biz artıq limitdəyik – bundan artıq qəbul edə bilmərik.”

Qeyd edək ki, hazırda Polşada təxminən 1,5 milyon Ukrayna vətəndaşı yaşayır. Son beş ildə onlardan cəmi 26 min nəfər vətəndaşlıq alıb.

//Samir Qurbanov, Editor.az