Polşa çempionatının ilk turunda Azərbaycan millisinin 2 oyunçusu üz-üzə gələcəkbackend

Polşa çempionatının ilk turunda Azərbaycan millisinin 2 oyunçusu üz-üzə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ekstraklasasında yeni mövsümün püşkü atılıb.

Editor.az xəbər verir ki, ilk turda millimizin üzvləri Mahir Emreli və Anton Krivotsyukun komandası üz-üzə gələcək.

Emrelinin oynadığı Varşava “Legiya”sı Antonun çıxış etdiyi Plok “Visla”sını qəbul edəcək. Oyun iyulun 24-də keçiriləcək.

Qeyd edək ki, həm Mahir, həm də Anton Polşa klublarının yeni transferləridir.