Polşa digər ölkələrdəki səfirlərini kütləvi şəkildə geri çağırmağa başlayıbbackend

Polşa digər ölkələrdəki səfirlərini kütləvi şəkildə geri çağırmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa 50-dən çox ölkədə səfirlərini geri çağırmağa başlayıb. Editor.az xəbər verir ki, bu barədə respublika Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Nazirlikdən verilən məlumata görə, qərarı xarici işlər naziri Radoslav Sikorski verib. O, 50-dən çox səfiri istefaya göndərir və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülmüş namizədləri geri çağırır.

Onlar həmçinin Polşa hökuməti ilə kadr dəyişiklikləri ilə bağlı razılığın əldə olunduğunu açıqlayıblar. Rəsmi versiyaya görə, bu addım “bu gün Polşa xarici siyasətinin qarşısında duran mürəkkəb çağırışlara daha yaxşı peşəkar həllər gətirməyə” kömək edəcək. Nazirlik bildirib ki, Polşa səfirlərinin geri çağırılması ilə bağlı prosedurlara artıq başlanılıb.

//Gülnarə Abasova, Editor.az