Polşa G20-ə dəvət üçün ABŞ-a müraciət etdibackend

Polşa G20-ə dəvət üçün ABŞ-a müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa ABŞ-dan «Böyük iyirmilik» (G20) sammitinə dəvət edilməsini xahiş edib.

Editor.az xəbər kimi, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorksi məlumat verib, xəbər verir TVP Info.

Nazir bildirib ki, Polşa artıq «trillionluq iqtisadiyyatlar» klubuna daxil olub və bu səbəbdən ABŞ-dan 2026-cı ildə G20-yə sədrlik edərkən Polşanı sammitə dəvət etməsini xahiş edib. Sikorksi əlavə edib ki, ölkənin məqsədi 2030-cu ilə qədər G20-də tam üzv statusu qazanmaqdır.

G20-nin növbəti sammiti 21–22 noyabr 2025-ci il tarixlərində Yohannesburqda keçiriləcək. Cənubi Afrika Respublikası isə bu sammiti qəbul edən ilk Afrika ölkəsi olacaq.

//Samir Qurbanov, Editor.az