Polşa Krakovdakı Rusiya Baş Konsulluğunu bağlayırbackend

Polşa Krakovdakı Rusiya Baş Konsulluğunu bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşava Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

Bu barədə bazar ertəsi Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib: “Polşa 2024-cü ilin mayında Varşavada ticarət mərkəzini demək olar ki, tamamilə məhv edən kütləvi yanğına görə Moskvanın məsuliyyət daşıdığına dair sübutlar fonunda Krakovda Rusiya konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı razılığını geri götürüb”, – deyə “Reuters” agentliyi yazır.

Xatırladaq ki, mayın 11-də Polşa hökuməti məlumat verib ki, Polşa Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin rəhbərləri Adam Bodnar və Tomaş Siemonyak Rusiya kəşfiyyat xidmətlərini 2024-cü ildə Varşavada “Marywilska 44” ticarət mərkəzinin yandırılmasına göstəriş verməkdə ittiham ediblər. Yanğın mayın 12-də baş verib və ticarət mərkəzi tamamilə məhv edilib. Bundan sonra hakimiyyət Rusiyanın yanğında əli olması versiyasını araşdırmağa başlayıb.

//Samir Qurbanov, Editor.az