Polşa, Litva və digər Baltikyanı ölkələrdə Belarusa qarşı mübarizə aparmaq üçün dəstələr hazırlanır – Aleksandr Lukaşenkobackend

Polşa, Litva və digər Baltikyanı ölkələrdə Belarusa qarşı mübarizə aparmaq üçün dəstələr hazırlanır – Aleksandr Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa, Litva və digər Baltikyanı ölkələrdə respublikaya qarşı mübarizə aparmaq üçün dəstələrin hazırlandığını iddia edib. Bu səbəbdən o, dövlət sərhədlərinin qorunmasına diqqət yetirilməsinə çağırıb.

Editor.az bildirir ki, Lukaşenko 2024-cü ildə sərhədlərin mühafizəsi ilə bağlı qərarları təsdiq edərkən bu mövzunu qaldırıb. “Bizim xüsusi vəziyyətimiz var: cənubda müharibə gedir, qərbdə Polşa, Litva, Baltikyanı ölkələr var və daha da pisi, vurğulayıram, daha da pisi, orada müvafiq dəstələrin hazırlanması, komandirlərin müəyyən edilməsidir”, – Belarus prezidenti əmin edib.

O, əlavə edib ki, Belarus hakimiyyəti ölkəsinə qarşı döyüşməyə hazır olan “bu dəstələrin döyüşçülərini” tanıyır. “Ona görə də hər zaman hərbçilərə, xüsusən də müdafiə nazirinə deyirəm ki, xalqın dilində desək, heç nəyi qaçırmamalıyıq. Heç bir halda sərhədimizdə təsadüfi hadisələrin baş verməsinə imkan verməməliyik”.

//Samir Qurbanov, Editor.az