Polşa Merkelin iddialarına cavab verdi: “O, Avropanın ən zərərli siyasətçilərindən biridir”backend

Polşa Merkelin iddialarına cavab verdi: “O, Avropanın ən zərərli siyasətçilərindən biridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın sabiq baş naziri Mateuş Moravetski Almaniyanın keçmiş kansleri Angela Merkeli Avropanın “ən zərərli siyasətçilərindən biri” adlandırıb.

Editor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə X hesabında paylaşım edib.

Moravetski bu fikri Merkelin 2021-ci ildə Rusiya və Qərb arasında aparılan danışıqların pozulmasına görə Polşanı günahlandırmasına cavab olaraq bildirib.

Merkel daha əvvəl qeyd etmişdi ki, Ukrayna münaqişəsinin qarşısını almaq məqsədilə aparılan diplomatik cəhdlər Varşavanın mövqeyi səbəbindən uğursuzluğa düçar olub.

Polşalı siyasətçinin sözlərinə görə, Almaniyanın keçmiş kansleri uzun illər ərzində Avropanın təhlükəsizliyi və enerji asılılığı baxımından zərərli qərarlar qəbul edib.

//Samir Qurbanov, Editor.az