Ürəyi gücləndirən təbii maddələr bunlardırbackend

Ürəyi gücləndirən təbii maddələr bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Adətən avokado və qoz-fındıqda olan keton monoesterləri ürək funksiyasını və kiçik damarlarda qan axını yaxşılaşdıra bilir”.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of Applied Physiology (JAP) jurnalında dərc olunub. Bu qidalarda olan ketonlar, ketoz adlanan hüceyrələrin karbohidrat aclığı nəticəsində bədəndə istehsal oluna bilər. Bu proses bədənə yağdan enerji çıxarmağa kömək edir, qan şəkərinin səviyyəsi aşağı olduqda bədənin sağ qalmasına imkan verir. Bəzi araşdırmalar ketonların obez insanlarda koqnitiv pozğunluğun qarşısını ala biləcəyini göstərib. Lakin yeni araşdırmanın diqqət mərkəzində keton esterlərinin ürəyə necə təsir etməsi olub. Tədqiqatda tip 2 diabet xəstələri iştirak edib. Bədəni ketoza salmaq üçün könüllülərə keton esterləri olan maye əlavəsi qəbul etmək tapşırılıb. İkinci mərhələdə təcrübə plasebo ilə təkrarlanıb.Tədqiqat boyu tədqiqatçılar iştirakçıların ürək funksiyasını, baldır əzələlərindəki oksigen səviyyələrini və damar funksiyalarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, keton içkisini içdikdən sonra iştirakçıların ürəkləri həm istirahətdə, həm də orta məşq zamanı daha effektiv işləyir. Kiçik damarlarda qan axınının yaxşılaşması da qeyd edilib. Alimlər izah ediblər ki, keton monoesterləri yalnız əlavələr vasitəsilə deyil, həm də qida ilə qəbul edilə bilər. Daimi pəhrizinizə ispanaq, brokoli, avokado, qoz, zeytun və kokos yağı, pendir və balıq daxil etmək ürək sağlamlığınız üçün çox faydalı ola bilər.

//Gülnarə Abasova, Editor.az