Polşa ölkədə enerji böhranı elan edibbackend

Polşa ölkədə enerji böhranı elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı və ABŞ-ın göstərişlərindən sonra Polşa və Baltikyanı ölkələr enerji böhranına sürükləniblər.

Editor.az bu barədə NDP-yə istinadən xəbər verir.

Baltikyanı ölkələr ilin əvvəlində Rusiya və Belarusla birləşən BRELL elektrik sistemindən ayrılıb. Onlar Avropa şəbəkəsinə qoşulmuşdular.

Polşa isə Rusiya qazından imtina edərək öz tədarükünü ABŞ və Avstraliyadan almağa üstünlük verib. 2023-cü ildə bu vəziyyət ölkəyə 138 milyard zlotiyə (təxminən 3 trilyon rubl) başa gəlib.

Bütün bunlar Polşa və Baltikyanı ölkələrdə elektrik və istilik enerjisinin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Polşalı ailələrin elektrik ödənişlərinin 2021-ci ilə nisbətən 67 faiz artdığı bildirilir.

Bloomberg martın 3-də bildirib ki, bəzi Aİ ölkələrində elektrik enerjisi qiymətləri mənfi səviyyəyə düşüb. Xüsusilə Almaniya və Hollandiyada mənfi göstəricilər müşahidə olunub.

//Gülnarə Abasova, Editor.az