Rusiya-Ukrayna müharibəsi Polşanı ciddi şəkildə narahat etməyə davam edir. Polşa ölkənin müdafiəsini gücləndirmək üçün fəaliyyətini davam etdirir.
Editor.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak artıq iki müşahidə peykinin alınması üçün Fransa ilə müqavilə imzalandığını bildirib. Nazir Fransa ilə əməkdaşlıq edərək Polşa ordusunu gücləndirdiklərini bildirib: “Polşadakı qəbul stansiyaları ilə iki müşahidə peykinin tədarükü üçün Fransa ilə müqavilə imzaladıq. Müqavilədə iki peykin alınması və yer stansiyasının qurulması nəzərdə tutulub”.
Nazir bu peyklərlə təhdidləri daha erkən müəyyən edəcəklərini bildirib.
//Samir Qurbanov, Editor.az

