Polşa prezidenti Andjey Duda Rusiyanın Kiyevi bombalamasını açıq-aşkar terror aktı adlandırıb.
Editor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski ilə telefon danışığından sonra Twitter-də yazıb.
“Mən indicə Vladimir Zelenski ilə danışdım. Kiyevdə vəziyyət çox ağırdır. Səhərdən ruslar şəhəri bombalamağa başladı. Pilotsuz təyyarələr evlərə bombalar yağdırır. İnsanlar ölür. Bu, döyüş ruhunu qırmaq üçün açıq-aşkar terror aktıdır, lakin paytaxtı müdafiə etmək üçün böyük əzm var. “, – Duda yazıb.
Bundan əvvəl xarici işlər naziri Dmitri Kuleba Putinin Kiyevə gecə hücumunu nasist Almaniyasının hərəkətləri ilə müqayisə edib.
Avropa Şurasının cümə günü Rusiyanın təşkilatdan çıxarılması məsələsinə baxacağı bildirilir.
Avropa İttifaqı həm də Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyaların təfərrüatlarını açıqlayıb.
Bir gün əvvəl ABŞ prezidenti Bayden Putinin Ukraynaya hücumunun məqsədi barədə danışmışdı.
//Gülnarə Abasova, Editor.az

