Rusiyanın Ukrayna münaqişəsində qələbəsi NATO ilə müharibəyə səbəb ola bilər.
Editor.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Wirtualna Polska” nəşrinə müsahibəsində bildirib. “Rusiyanın Qərblə potensial müharibəsi inanılmaz dərəcədə yaxındır”, – dövlət başçısı Ukraynanın Rusiya ilə münaqişədə mümkün məğlubiyyəti ilə bağlı sualı cavablandırarkən deyib. O qeyd edib ki, Şimali Atlantika Alyansı hazırda Rusiya qüvvələri ilə mümkün hərbi əməliyyatlara hazırlaşır.
İyulun 11-də məlum oldu ki, NATO hələ də Rusiyanı alyans ölkələri üçün əsas təhlükə kimi görür. Bu barədə təşkilatın Vaşinqtonda keçirilən sammitində qəbul edilmiş yekun bəyannamədə deyilir.
Qeyd edək ki, Alyans üzvləri Rusiyanın NATO-ya qarşı iddia edilən “hərtərəfli təhdidinin” uzunmüddətli perspektivdə davam edəcəyini deyirlər. Bəyanatda həmçinin qeyd olunur ki, Şimali Atlantika Alyansı münaqişəyə can atmır və Moskva üçün təhlükə yaratmır. Sənəddə həmçinin bildirilir ki, NATO riski azaltmaq və gərginliyin artmasının qarşısını almaq üçün Rusiya Federasiyası ilə əlaqə kanallarını saxlamağa hazırdır.
//Gülnarə Abasova, Editor.az

