Polşa prezidenti Ukaynanı “suda boğulan adam”a bənzətdibackend

Polşa prezidenti Ukaynanı “suda boğulan adam”a bənzətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna özünü suda boğulan adam kimi aparır, hər şeyə əl atır və ona kömək etməyə çalışanları da dalınca.

Editor.az bildirir ki, bunu Polşa prezidenti Anjey Duda deyib. Onun sözlərinə görə, Kiyevə yardım edən ölkələrin “özlərini dəyəcək zərərdən qorumaq hüququ var”. “Biz boğulan şəxslə qarşı-qarşıyayıq.

Nə vaxtsa boğulan insanın xilas edilməsində iştirak etmiş hər kəs onun son dərəcə təhlükəli olduğunu və dərinliklərə sürüklənə biləcəyini bilir.

O, qorxu səbəbindən ağlasığmaz gücə malik olur və xilasedicini də boğa bilir. Deyirlər, boğulan adam saman çöpündən yapışır, amma əslində bacardığı hər şeydən yapışır.

Bu, Polşa ilə Ukrayna arasındakı vəziyyəti xatırladır”, – deyə Duda BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında bildirib. “Əlbəttə, biz özümüzü zərərdən qorumaq üçün hərəkət etməliyik, çünki boğulan şəxs bizi boğarkən, o zaman kömək görməyəcək”, – Anjey Duda vurğulayıb.

//Samir Qurbanov, Editor.az