Polşa qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirildibackend

Polşa qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa “Rusiyanın uzaqmənzilli aviasiyasının Ukraynanın qərbindəki fəaliyyəti” ilə əlaqədar olaraq qırıcı təyyarələri səmaya qaldırıb.

Hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri də hazır vəziyyətə gətirilib.

Editor.az xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin əməliyyat komandanlığı X.-a açıqlamasında bildirib. Komandanlıq qeyd edib ki, bu hərəkətlər sərhədyanı ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Xatırladaq ki, bu gün, fevralın 25-də Ukraynanın bütün ərazisində hava hücumu həyəcanı elan edilib. Polşa Rusiya Hərbi-Hava Qüvvələrinin hərəkətlərinə cavab olaraq dəfələrlə döyüş təyyarələrini göyə qaldırıb (oxşar tədbirlər yanvar ayında da həyata keçirilib). Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib ki, bu il ölkə ümumi daxili məhsulunun 4,7%-ni hərbi ehtiyaclara xərcləyəcək ki, bu da rekord göstərici olmalıdır.

//Samir Qurbanov, Editor.az