Polşa hakimiyyəti müdafiə xərclərini ÜDM-in 4,7%-nə qədər artırmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb. Hakim koalisiya liderlərinin 2025-ci ilin büdcə layihəsini razılaşdırdıqları və bu maddənin ÜDM-in 4,1%-dən 4,7%-ə, yəni 50 milyard dollara yüksəldiyi bildirilir. Müdafiə Nazirliyinin yeni büdcəsində silahlara əlavə xərclər də nəzərdə tutulub.
Eyni zamanda, 2024-cü ildə hərbi xərclər artıq rekord həddə çatıb. Hazırda Polşa da daxil olmaqla, yalnız beş NATO ölkəsi 3%-dən çoxunu müdafiəyə xərcləyir: ABŞ, Estoniya, Latviya və Yunanıstan.
//Gülnarə Abasova, Editor.az