Polşa Rusiya diplomatlarının ölkə daxilində hərəkətinə məhdudiyyətlər qoyurbackend

Polşa Rusiya diplomatlarının ölkə daxilində hərəkətinə məhdudiyyətlər qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib ki, Varşava Rusiya diplomatlarının ölkə daxilində hərəkətinə məhdudiyyətlər qoyub.

Editor.az bu barədə TASS-a istinadla xəbər verir. Sikorskinin sözlərinə görə, Rusiya səfirliyinin diplomatları yalnız paytaxt regionu (Mazoviya Voyevodalığı) daxilində hərəkət edə biləcəklər. Nazir əlavə edib ki, bu tədbir Rusiya Federasiyasının səfiri Sergey Andreyevə şamil edilmir.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədə səfirlik missiyalarını dayandırmaq qərarına gəlib və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən namizədləri geri çağırıb. Eyni zamanda, Polşa hökuməti ilə kadr dəyişikliyi ilə bağlı razılıq əldə olunub. Rəsmi versiyaya görə, bu addım “bu gün Polşa xarici siyasətinin qarşısında duran mürəkkəb çağırışlara daha yaxşı peşəkar həllər gətirməyə” kömək edəcək. Artıq Polşa səfirlərinin geri çağırılması prosedurlarına başlanılıb.

//Gülnarə Abasova, Editor.az