Polşa Rusiya ilə sərhəddə beton hasar hörürbackend

Polşa Rusiya ilə sərhəddə beton hasar hörür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşava Asiya və Afrikadan olan miqrantların Rusiya anklavı ilə sərhədi keçə biləcəyindən narahatdır.

Editor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib. Nazirin sözlərinə görə, buna görə də o, Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasar çəkilməsi barədə göstəriş verib: “Bu, Varşavanın Rusiyanın Asiya və Afrikadan olan miqrantların sərhədi qanunsuz keçməsinə şərait yaratmağı planlaşdırdığına dair şübhələri fonunda qərara alınıb”.

Müdafiə naziri əlavə edib ki, Polşanın özünü təhlükəsiz hiss etməsi üçün sərhəd bağlanacaq və 210 kilometrlik ərazidə müvəqqəti hasar çəkiləcək. Çərşənbə günü Polşa istehkamçıları tikintinin hazırlıq işlərinə başlayıblar. Hasarın 2023-cü ilin sonuna qədər hazır olacağı gözlənilir.

Blaşak bildirib ki, hazırda sərhəddə heç bir maneə yoxdur, lakin sərhədçilər tərəfindən patrul xidməti həyata keçirilir.

  //Samir Qurbanov,Editor.az