Polşa Rusiya təhlükəsindən qorunmaq üçün Fransanın “nüvə çətiri” altına girmək istəyirbackend

Polşa Rusiya təhlükəsindən qorunmaq üçün Fransanın “nüvə çətiri” altına girmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa potensial Rusiya təhlükəsindən qorunmaq üçün Fransanın “nüvə çətirinə” çıxış ideyasını dəstəkləyir.

Editor.az xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda “Bloomberg”ə açıqlamasında deyib. Polşa lideri həmçinin Amerikanın nüvə silahlarına çıxış əldə etməyə çağırıb. “İnanıram ki, biz hər iki həll variantını qəbul edə bilərik.

Bu iki fikir nə ziddiyyətli, nə də bir-birini inkar edir”, – o vurğulayıb.

Eyni zamanda Polşanın baş naziri Donald Tusk parlamentdəki çıxışında Varşavanın nüvə silahına çıxış əldə etməyə cəhd edə biləcəyini bildirib. Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun Avropalı müttəfiqlərini qorumaq üçün Parisin nüvə potensialından istifadə etmək təklifi ətrafında “ciddi danışıqlar” gedir.

//Samir Qurbanov, Editor.az