Polşa Rusiya vətəndaşlarına ölkəyə girişi qadağan edirbackend

Polşa Rusiya vətəndaşlarına ölkəyə girişi qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsindən sonra başlayan Qərb sanksiyaları davam edir. Polşa Rusiya vətəndaşlarının hava və dəniz yolu ilə ölkəyə girişini qadağan etdiyini açıqlayıb.
Sanksiyalar ölkələrin rəsmi səlahiyyətlərini aşaraq xalqı əhatə etməyə başlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, qərar Estoniya, Latviya, Litva və Polşa quru sərhədlərini ruslar üçün bağladıqdan bir həftə sonra qüvvəyə minib. Sözügedən qərarın Şengen vizası olanlar üçün də keçərli olduğu paylaşılıb.

Xatırladaq ki, bir neçə ay əvvəl Polşa Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandıraraq Rusiya vətəndaşlarının ölkəyə quru yolu ilə daxil olmasını qadağan edib.

//Safura Bənnayeva, Editor.az