Polşa səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Azərbaycanın Milli Bayramı – Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və ən xoş arzularını bildirir. Müstəqillik gününüz mübarək!”, – paylaşımda qeyd edilib.

