Polşa silahlı qüvvələrinin və müttəfiqlərinin təyyarələri səmaya qaldırılıbbackend

Polşa silahlı qüvvələrinin və müttəfiqlərinin təyyarələri səmaya qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa silahlı qüvvələrinin və müttəfiqlərinin təyyarələri Rusiya uzaqmənzilli aviasiyasının Ukrayna ərazisinə raket zərbələri ilə bağlı fəaliyyəti səbəbindən səmaya qaldırılıb.

Editor.az bildirir ki, bu barədə komandanlığın X sosial şəbəkəsində məlumat verilib: “Nəzərinizə çatdıraq ki, Polşa və müttəfiqlərinin təyyarələri Polşanın hava məkanında işləyir və bu, ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artması ilə nəticələnə bilər”, – əməliyyat komandanlığının bəyanatında deyilir.

Polşa tərəfi bu gün, martın 29-da gecə saatlarında Rusiya uzaqmənzilli aviasiyasının aktivliyini müşahidə etdiyini iddia edib. Bu gün Ukrayna mətbuatı Kiyev vilayətində və Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayışlar baş verdiyini yazıb. Ukraynanın Kirovoqrad, Nikolaev, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də hava hücumu xəbərdarlığı elan edilib. Həlak olanlar barədə hələlik məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az