Polşa taxıl idxalının məhdudlaşdırılması ilə bağlı Ukrayna ilə danışıqların detallarını açıqlayıbbackend

Polşa taxıl idxalının məhdudlaşdırılması ilə bağlı Ukrayna ilə danışıqların detallarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyət orqanları taxıl və digər ərzaq idxalını məhdudlaşdırmaq üçün Ukrayna ilə danışıqlar aparır.

Editor.az xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı nazirinin müavini Mixal Kolodziejçak RMF FM radiostansiyasının efirində bildirib. O vurğulayıb ki, razılaşmanın məqsədi Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına “kütləvi məhdudiyyətlər” tətbiq etməkdir.

Kolodziejçakın sözlərinə görə, o, ən qısa zamanda şəkər, dondurulmuş moruq və alma konsentratının ixracına şəxsən məhdudiyyətlər qoyacaq.

//Gülnarə Abasova, Editor.az