Polşa üç həftəlik ümummilli karantin elan edirbackend

Polşa üç həftəlik ümummilli karantin elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün üç həftəlik ümummilli karantin elan ediləcək.

Bu barədə TASS Polşanın Səhiyyə naziri Adam Nedzelskiyə istinadən məlumat yayıb.

Karantin dekabrın 28-dən yanvarın 17-nə qədər davam edəcək.

Bu müddət ərzində hotellərin, həmçinin dağ-xizək mərkəzlərinin fəaliyyəti dayandırılacaq.

Yeni ildə hökumət insanların hərəkətini məhdudlaşdırmağı da planlaşdırır. Qadağa 31 dekabr 21:00-dan 1 yanvar 6:00-a qədər qüvvədə olacaq.