Polşa üçün gərgin gecəbackend

Polşa üçün gərgin gecə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və müttəfiqləri Rusiyanın Ukraynaya gecə hücumu səbəbindən təyyarələrini hava məkanına fırladıb.

Editor.az Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının X sosial şəbəkəsində verdiyi məlumatına istinadən xəbər verir ki, ölkənin cənub-şərq hissəsində gecə saatlarında Polşa və müttəfiq aviasiya qüvvələrinin uçuşlarının başlaması ilə əlaqədar səs-küy səviyyəsi yüksəlib. Polşa hərbçiləri qeyd edib ki, Rusiya uzaqmənzilli aviasiyasının Ukraynada fəaliyyəti ilə əlaqədar olaraq Polşanın bütün hava hücumundan müdafiə sistemi üçün “bu, çox gərgin gecə olub”.

Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlar mövcuddur və Polşa Əməliyyat Komandanlığı vəziyyəti daim izləyir”, – deyə məlumatda bildirilir. Daha sonra Rusiya təyyarələrinin Polşa ərazisi ilə həmsərhəd ərazilərə raket hücumları təhlükəsi səviyyəsinin azalması səbəbindən təyyarələr eniş etməyə başlayıb.

“Polşa Ordusu Ukrayna ərazisindəki vəziyyəti daim izləyir və Polşa hava məkanının təhlükəsizliyini təmin etməyə daim hazır vəziyyətdədir”, – deyə ölkənin silahlı qüvvələrinin komandanlığı qeyd edib.

//Samir Qurbanov, Editor.az