İyulun 1-dən etibarən Polşa hökuməti Ukraynadan olan qaçqınlara yemək və yaşayış üçün gündə 40 zloti (təxminən 300 qriven) məbləğində müavinətin ödənilməsini dayandırmağa hazırlaşır.
Editor.az bu barədə daxili işlər nazirinin müavini və hökumətin qaçqınlar üzrə nümayəndəsi Pavel Bossernakerin TVP Info-ya müsahibəsinə istinadən xəbər verir. Lakin Bossernaker bəzi istisnaların olacağını da əlavə edib. Müəyyən kateqoriyalar, məsələn, əlillər, hamilə qadınlar və ya çoxuşaqlı ailələr üçün müavinətlər davam edəcək. Hökumət Ukraynadan olan qaçqınlara yardım haqqında xüsusi aktda ilkin olaraq ilk 60 gün ərzində müavinətlərə zəmanət vermişdi. Lakin bir ay əvvəl bu müddət daha 60 gün uzadıldı. “Biz böyük sosial müavinətlər təqdim edirik – hər kəs üçün 300 – 500 zloti+-a qədər pul və sosial müavinətlərdən irəli gələn digər məbləğlər. Biz görürük ki, bir çox ukraynalı iş axtarır, tapır və bu işlə məşğuldur. Biz qalanlarını da həvəsləndirmək istəyirik. 4 aylıq tam qorunma müddəti, fikrimizcə, kifayət qədər böyük müddətdir”, – deyə mühafizəkar Hüquq və Ədalət partiyasından olan yüksək səviyyəli siyasətçi anonimlik şərti ilə jurnalistlərə bildirib.
Editor.az

