Polşa ukraynalı hərbçilərə təlim keçməkdən imtina etdibackend

Polşa ukraynalı hərbçilərə təlim keçməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukrayna ərazisində ukraynalı hərbçilərə təlim keçməyəcək.

Polşa müdafiə nazirinin müavini Pavel Zalevskinin sözlərinə görə, imtinanın əsas səbəbi layihənin təşkili üçün tələb olunan zaman və layihənin yüksək dəyəri olub.

Avropa İttifaqı ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl Zalevski bildirib ki, Polşa Ukrayna hərbçilərinin təlimlərinin Aİ-də davam etdirilməsinin tərəfdarıdır. Nazir müavini bu yanaşmanı “ən effektiv həll yolu” adlandırıb.

//Samir Qurbanov, Editor.az