ABŞ-dan Polşaya gələn Ukrayna üçün nəzərdə tutulan silah və sursatların münaqişə zonasına göndərilməsi dayandırılıb.
Editor.az bu barədə Onet.pl xəbər portalına istinadla yazır. Xəbərdə qeyd edilir ki, indiyədək müvafiq yük Rzeşov şəhərindəki logistika mərkəzinə gəlib və daha sonra dərhal Kiyevə göndərilib. Amma indi onlar ABŞ Silahlı Qüvvələrinin 82-ci Hava Desant Diviziyasının yerləşdiyi bazaya yönəldilir. Polşa logistika mərkəzinin adı açıqlanmayan əməkdaşının sözlərinə görə, oradakı Amerika silah və sursatları Vaşinqtondan Ukrayna əsgərlərinə yardımın göstərilməsi ilə bağlı yeni qərarlar gözləməlidir.
Jurnalistlər digər Qərb ölkələrindən Rzeşova gələn hərbi yüklərin hələ də münaqişə zonasına göndərildiyini öyrəniblər.
//Gülnarə Abasova, Editor.az