Varşava Kiyevə bütün “MiQ-29” qırıcılarını verməyəcək. Çatdırılmalar ardıcıllıqla həyata keçiriləcək.
Editor.az bildirir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski “RMF 24”-ə şərhində deyib: “Xeyr, mən düşünmürəm ki, biz bütün “MiQ-29” qırıcılarını Ukraynaya verəcəyik.
Döyüş təyyarələri səmərəli çatdırılmanı təmin etmək üçün ardıcıllıqla ötürüləcək. Bundan əlavə, diplomat bu zaman Polşanın da təhlükəsizliyinin gücləndiriləcəyinə əmin edib. Əvvəllər bəzi Polşa KİV-ləri Varşavada 40 “MiQ-29” təyyarəsinin olduğuna inanırdılar. Lakin ölkənin Hərbi Hava Qüvvələri cəmi 29 təyyarədən istifadə edir. Qalan qarıcılar təmir və modernləşdirmə olmadan illər boyu dayanıblar.
//Samir Qurbanov,Editor.az