Polşa Ukraynaya qoşun yeritmək ehtimalını rədd edirbackend

Polşa Ukraynaya qoşun yeritmək ehtimalını rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa milli müdafiə nazirinin müavini Pavel Zalevski bildirib ki, ölkə Ukraynaya qoşun yeritmək niyyətində deyil.

Editor.az bu barədə Polşa televiziyasına istinadla xəbər verir.

“Mən bu məsələni Fransanın müdafiə naziri Sebastien Lecornu ilə danışdım, o, NATO əsgərlərinin cəbhəyə göndərilməsi haqqında deyil, NATO əsgərlərinin arxa cəbhədə Ukrayna əsgərlərinə dəstək verməsi haqqında danışıb”, – Zalevski bildirib.

Aprelin əvvəlində Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, Varşava Polşa qoşunlarının Ukrayna münaqişəsində birbaşa iştirak edəcəyi ssenarini nəzərdən keçirmir.

//Gülnarə Abasova, Editor.az