Polşa Ukraynaya silah tdarükünü dayandırıbbackend

Polşa Ukraynaya silah tdarükünü dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi Polşa Ukraynaya silahları yalnız əvvəllər imzalanmış müqavilələr çərçivəsində verir.

Editor.az bildirir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Piotr Müller PAP-a şərhində deyib.

“Polşa Ukrayna ilə imzalanmış müqavilələrdən irəli gələnlər də daxil olmaqla, yalnız əvvəllər razılaşdırılmış döyüş sursatı və silah tədarükünü həyata keçirir. Bu, xüsusilə, 1989-cu ildən bəri Polşa silah sənayesi tərəfindən “Crab” haubitsasının tədarükü üçün imzalanmış ən böyük xarici müqavilədir”, – deyi.

Mueller deyib ki, Ukrayna tərəfi razılaşa bilməyəcəkləri bir sıra “tamamilə qəbuledilməz bəyanatlar və diplomatik jestlər” edib.

“Müharibənin ilk aylarında Polşa Ukraynanın müdafiəsi üçün əsas elementləri – tanklar, zirehli texnikalar, təyyarələr, döyüş sursatları ilə təmin edib ki, bunlar Rusiyanın Ukraynaya və gələcəkdə Aİ-nin digər ölkələrinə hücumunun qarşısını almaq üçün lazım idi. Müharibənin ilk aylarında, digər Aİ ölkələri dəstək məsələsini müzakirə edilərkən, Polşa ardıcıl olaraq Rusiyanın hücumunu dəf etməyə kömək edib” – Müller əlavə edib.

//Samir Qurbanov, Editor.az