Polşa və Baltikyanı ölkələr Sankt-Peterburqa mümkün hücumu müzakirə edirlərbackend

Polşa və Baltikyanı ölkələr Sankt-Peterburqa mümkün hücumu müzakirə edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və Baltikyanı ölkələrin hərbçiləri Rusiya ilə mümkün münaqişə vəziyyətində Sankt-Peterburqa (Rusiya) hücum etmək barədə düşünürlər.

Oxu.Az xəbər verir ki, bu barədə “BILD” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kyastutis Budris Ukraynadakı qarşıdurma bitdikdən sonra Rusiyanın “imperialist ekspansionizmini” Estoniya, Latviya, Litva və Polşaya yönəldə biləcəyi barədə fikir bildirib. O vurğulayıb ki, Belarus tam olaraq İttifaq dövlətinin bir hissəsi olarsa, belə bir ssenarinin baş vermə ehtimalı artacaq.

Polşa Baş Qərargahının rəisi Raymund Andjeyçakın fikrincə, Rusiya qoşunları Litva ilə sərhədi keçərsə, dərhal cavab veriləcək.

“Birinci gün deyil, ilk dəqiqədə biz 300 km radiusda olan bütün strateji hədəfləri vuracağıq”, – o bildirib.

Anjeyçak vurğulayıb ki, Avropa ölkələri təşəbbüsü öz əllərinə almalıdırlar və Rusiyaya başa salmalıdırlar ki, Polşaya və ya Baltikyanı ölkələrə hücum hərtərəfli qarşıdurmanın başlanğıcı olacaq. O qeyd edib ki, bu məqsədlə Polşa hazırda 900 km-ə qədər uçuş məsafəsi olan 800 raket alır ki, bu raketlər Rusiya hücum edəcəyi halda istifadə olunacaq.