Polşa, Litva, Latviya və Estoniya liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanır.
Editor.az xəbər verir ki, Polşa prezidenti Anjey Dudanın müşaviri Yakub Kumoç Twitter hesabında bu barədə paylaşım edib.
“Ölkələrimiz Ukraynaya və prezident Zelenskiyə dəstəyini nümayiş etdirir”,-deyə müşavir bildirib.
Qeyd edək ki, şənbə günü də Böyük Britaniyanın baş naziri Boris Conson paytaxt Kiyevə gedib Zelenski ilə görüşmüşdü.
//Gülnarə Abasova, Editor.az

