Polşa və Britaniya ABŞ-ı Ukraynaya yardım paketini qəbul etməyə çağırıbbackend

Polşa və Britaniya ABŞ-ı Ukraynaya yardım paketini qəbul etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xarici işlər naziri Radoslav Sikorski fevralın 15-də Böyük Britaniyanın xarici işlər naziri David Cameron ilə birgə mətbuat konfransında ABŞ Konqresini Ukraynaya yardım paketini qəbul etməyə çağırıb.

Editor.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

ABŞ prezidentliyinə namizəd Donald Tramp Vaşinqtonun Ukrayna və İsrailə 95,34 milyard dollarlıq hərbi yardım paketi təqdim etməsinin qəti əleyhinədir və bu, ABŞ Konqresinin Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında bu məsələ ilə bağlı səsvermənin keçirilməyəcəyini göstərir.

Onu da qeyd edək ki, bir gün əvvəl Reuters xəbər vermişdi ki, Cameron ABŞ Konqresinin üzvlərini fevralın 14-də Ukrayna və digər müttəfiqlərinə hərbi yardım paketi ilə bağlı səsverməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az