Polşa və Yunanıstan Aİ-ni hava hücumundan müdafiə qalxanı yaratmağa çağırıbbackend

Polşa və Yunanıstan Aİ-ni hava hücumundan müdafiə qalxanı yaratmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Donald Tusk və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa İttifaqının qalan ölkələrini Rusiyadan qorxduğu üçün özlərini qorumaq məqsədilə hava hücumundan müdafiə qalxanı yaratmağa çağırıblar.

Editor.az bu barədə BILD-ə istinadla xəbər verir.

Siyasətçilər Avropa Komissiyasının sədri Ursula von der Leyenə göndərdikləri birgə məktubda “üstündə səma təhlükəsiz olduğu müddətcə Avropa təhlükəsiz olacaq” deyib. Tusk və Mitsotakis hesab edirlər ki, belə bir hava hücumundan müdafiə qalxanı Avropa təhlükəsizliyində əsas zəifliklərə cavab verəcək layihə olmalıdır.

Baş nazirlər öz təkliflərini iyunda keçiriləcək Avropa İttifaqına üzv ölkələrin növbəti sammitində təqdim etməyi gözləyirlər.

//Gülnarə Abasova, Editor.az