Polşa xarici işlər naziri Sikorski: Ukrayna ilə bağlı ən mühüm danışıqlar Varşavada keçiriləcəkbackend

Polşa xarici işlər naziri Sikorski: Ukrayna ilə bağlı ən mühüm danışıqlar Varşavada keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukrayna ilə bağlı ən mühüm görüşün gələn həftə Varşavada keçiriləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında jurnalistlərə telefon danışığını dəyərləndirən Sikorski Ukrayna böhranı ilə bağlı ən mühüm danışıqların gələn həftə Varşavada aparılacağını bildirib.

“Ukraynadakı müharibə ilə bağlı ən mühüm danışıqlar Varşavada keçiriləcək. Gələn həftə “Weimar Triangle Plus” formatında görüş təşkil edəcəyəm”, – deyə o bildirib. Sikorski qeyd edib ki, gələn həftə Varşavaya Fransa və Almaniyanın xarici işlər nazirləri ilə yanaşı, Ukraynanın xarici işlər naziri Andrey Sbiqa və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaja Kallas gələcək.

Cümə günü Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin son iki ildə ilk dəfə Almaniya kansleri Olaf Şoltsla telefon danışığı apardığını və görüşün alman tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

//Gülnarə Abasova, Editor.az