Polşa xüsusi xidmət orqanları casusluqda ittiham olunan iki rusiyalını həbs edib.
Editor.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirib. Onun sözlərinə görə, ruslar “Vaqner” qrupunun Krakov və Varşavada təbliğat materiallarını yayıblar. “Onların hər ikisi casusluqda şübhəli bilinib və həbs ediliblər”, – nazir Twitter-də yazıb.
O, şübhəlilərin adlarını və digər təfərrüatları açıqlamayıb. Qeyd edək ki, iyul ayında, “Vaqner PMC” döyüşçülərinin bir hissəsi Rusiyada üsyana uğursuz cəhddən sonra Belarusa keçiblər. Bundan sonra Polşa-Belarus sərhədində vəziyyət gərginləşib.
Polşa sərhəddə hərbi kontingent qurmaq, snayperlər yerləşdirmək, eləcə də qoşunların sayını iki dəfə artırmaq qərarına gəlib. Litva “Vaqner PMC” döyüşçülərinə görə Belarusla sərhəddə bir neçə keçid məntəqəsinin bağlanmasına icazə verib.
//Samir Qurbanov, Editor.az