Polşada antiukrayna kampaniyası güclənibbackend

Polşada antiukrayna kampaniyası güclənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Polşada Ukraynanın əleyhinə informasiya kampaniyası xeyli güclənib.

Editor.az bildirir ki, bu barədə dekabrın 4-də Polşa kəşfiyyat xüsusi xidmətlər ofisi koordinatorunun nümayəndəsi Stanislav Jarin Tvitterdə yazıb.

Onun sözlərinə görə, təbliğat mesajı ukraynalıların Polşa cəmiyyətinə təhlükə yaratdığı tezisini təbliğ etməyə yönəlib.

“Bu fəaliyyət çərçivəsində ukraynalılar və onların Polşada olması barədə yalanlar yaymaq, müəyyən hadisələr üzərindən manipulyasiya etmək cəhdlərini müəyyən edirik. Bu hərəkətlərin məqsədi polyakları Ukraynanı dəstəkləməkdən imtina etməyə məcbur etməkdir”, – o, yazıb.

Jarin qeyd edir ki, indiki vəziyyətdə Rusiya üçün prioritet Qərbin Ukraynaya yardımını dayandırmaqdır. Bunun üçün Kreml siyasi vasitələri işə salıb.

  //Samir Qurbanov, Editor.az