Polşada casus “ovu”backend

Polşada casus “ovu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada casusluq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyası və Belarus vətəndaşları saxlanılıb.

Editor.az xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarin bildirib. Polşa hərbi əks-kəşfiyyat xidməti tərəfindən müəyyənləşdirilən şübhəlilər hərbi polis tərəfindən yaxalanıb. “Onların hər ikisi ittihamları dinləyiblər və məhkəmə üç ay müddətinə müvəqqəti həbs qərarı verib”, – Jarin bildirib. Spiker əlavə edib ki, aprelin 21 və 22-də saxlanılan şəxslər Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq fəaliyyətində şübhəli bilinirlər.

“Polşaya qarşı Rusiya kəşfiyyatı adından çıxış edən bir rus və bir belarus Polşa Silahlı Qüvvələrinin fəaliyyətini, o cümlədən ordunun Polşa-Belarus sərhəd zonasında mövcudluğunu üzə çıxarmağa yönəlmiş fəaliyyətlər həyata keçirib”, – Jarin bildirib. Hərbi Əks-Kəşfiyyat Xidmətinin materialları əsasında Varşava rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Xatırladaq ki, martın 23-də Polşa hökuməti casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın ölkədən çıxarıldığını elan etmişdi.

  Editor.az