Polşada koronavirusun daha sürətlə yayılan növünə rast gəlindibackend

Polşada koronavirusun daha sürətlə yayılan növünə rast gəlindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Zlotniki şəhərində xəstədən götürülmüş qan nümunəsində mutasiyaya uğramış koronavirusun daha sürətlə yayılan növü aşkar edilib.

Polşa Xəbər Agentliyi PAP-ın hesabatına görə, xəstədən alınan nümunədə Böyük Britaniyada ortaya çıxan virusun sürətli yayılan növü təyin olunub.

Xəstənin vəziyyəti ilə bağlı məlumat verilmir.

Polşa Səhiyyə Nazirliyindən bildirilib ki, gələn həftədən etibarən COVID-19-un mutasiya olunmuş növünün ölkədə nə qədər yayıldığını müəyyənləşdirmək və bunun mümkün nəticələrini qiymətləndirmək üçün işə başlayacaqlar.

Polşada son 24 saat ərzində koronavirusa 7 152 yeni yoluxma, 419 ölüm qeydə alınıb.

Ümumi yoluxma sayı 1 457 755-ə, virus səbəbiylə ölənlərin sayı isə 34 561-ə çatıb.