İyunun 1-də Polşada prezident seçkisinin ikinci turuna start verilib.
Oxu.Az “Onet Wiadomosti” nəşrinə istinadla xəbər verir ki, ikinci turda ən çox səs toplayacaq namizəd ölkənin prezidenti olacaq.
Mayın 18-də keçirilmiş birinci turda 13 namizəddən heç biri etibarlı səslərin yarıdan çoxunu toplamadığı üçün prezident seçkisinin ikinci turu keçirilir.
İkinci tura iki namizəd keçib: 31.36% səs toplayan Varşava meri Rafal Tşaskovski və 29.54% səs toplayan Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski.
Qeyd edək ki, 29 milyon polyak seçkinin ikinci turunda səs vermək hüququna malikdir.