Polşada silah zavodu partladı, yanğın baş verdibackend

Polşada silah zavodu partladı, yanğın baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada, Skarzisko-Kamienna şəhərindəki Şventokşivskoqo (ştatın cənubu) ərazisində, silah və sursat istehsal edən “Mesko” zavodunda partlayış baş verib.

Hadisə nəticəsində şirkətin 59 yaşlı əməkdaşı dünyasını dəyişib. Partlayış bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində baş verib.

Editor.az bildirir ki, bu barədə zavodun rəhbəri Elzbieta Şrenyavskaya RMF FM-ə bildirib. Partlayışdan sonra yanğın başlayıb. Jurnalistlər bir nəfərin də yaralandığını öyrəniblər. Partlayışdan əvvəl mərkəzdə 3 nəfər olub, onlardan biri özbaşına otaqdan çıxıb, digər ikisinə isə yardım göstərilib. Bir nəfəri xilas etmək mümkün olmayıb. Partlayışın səbəbi müəyyənləşdirilir.

//Samir Qurbanov, Editor.az