Polşada “Şimal axını” ilə bağlı şübhəli ukraynalı saxlanıldıbackend

Polşada “Şimal axını” ilə bağlı şübhəli ukraynalı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hüquq-mühafizə orqanları “Şimal axını” qaz kəmərlərinin partladılmasında şübhəli bilinən Ukrayna vətəndaşını saxlayıblar.

Editor.az xəbər verir ki, bu barədə Bloomberg Polşa prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin adı Vladimir olub və o, Almaniya məhkəməsinin qərarı əsasında verilmiş Avropa həbs orderi ilə axtarışda idi.

Yaxın günlərdə ekstradisiya prosedurlarına başlanacağı gözlənilir. Şəxsin Almaniyaya təhvil verilməsi ilə bağlı yekun qərarı isə Polşa məhkəməsi qəbul edəcək.

//Samir Qurbanov, Editor.az