Polşada daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərdə 23 mindən çox əsgər iştirak edir.
Editor.az bildirir ki, bu barədə “Polskie Radio” məlumat yayıb. Ehtiyatda daha üç min əsgərin gözlədiyi qeyd edilir. Milli müdafiə nazirinin müavini Sezari Tomçikin sözlərinə görə, səfərbər olunanların əksəriyyəti hərbi əməliyyat qüvvələrinin sıralarından – demək olar ki, 14 min nəfər, Ərazi Müdafiə Qüvvələrinin isə 8 mindən çox hərbi qulluqçusudur. “Hərbi jandarm və Varşava qarnizonunun komandanlığı və hərbi universitetlərin əsgərləri də daşqınla mübarizəyə cəlb edilib”, – media yazır.
Öz növbəsində Polşanın maliyyə naziri Anjey Domanski bildirib ki, daşqının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının vəd etdiyi 5 milyard avro məbləğində yardım kifayət etməyə bilər. Polşa hökuməti həftənin əvvəlində ilk dəfə olaraq ölkənin cənub-qərbində yerləşən ərazilərdə təbii fəlakət vəziyyəti elan edib.
//Samir Qurbanov, Editor.az