“Polşanın təhlükəsizliyini artırmaq üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı başqasına verə bilmərik” .
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa prezidenti Anjey Duda açıqlaması zamanı qeyd edib.
Duda qeyd edib ki, onlar Polşa ilə Ukrayna arasında əvvəllər imzalanmış tədarük müqavilələrini yerinə yetiriblər.
Prezident Duda bəyan edib ki, ordunun ehtiyatlarından çıxarılan bəzi texnikalar keçmiş sovet silahlarının bu günə qədər köçürüldüyü kimi Ukraynaya da verilə bilər.
Hökumət sözçüsü Piotr Müller də məsələ ilə bağlı açıqlama verib:”Polşa yalnız Ukrayna ilə imzalanmış müqavilələrdən irəli gələn sursat və silahların əvvəllər razılaşdırılmış tədarükünü həyata keçirib”.
//Safura Bənnayeva, Editor.az