Polşalı azarkeşlərin döydüyü futbolçular arasında Mahir Emreli də olub – FOTObackend

Polşalı azarkeşlərin döydüyü futbolçular arasında Mahir Emreli də olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə futbolçu ilə əlaqə saxlaya bildim. Onlar qorxurlar və baş verənlər haqda danışmaq istəmirlər”.

Editor.az xəbər verir ki, bu sözləri Polşanın tanınmış idman yazarı, interia.pl saytının idman redaktoru Sebastyan Staşevski öz “Twitter” səhifəsində yazıb.

Staşevski bildirib ki, “Legiya” klubunun oyunçuları Polşa çempionatının XVIII turunda Potsk “Visla”sına 0:1 hesabı ilə uduzduğu matçdan sonra azarkeşlərin hücumuna məruz qalıb. Döyülənlər arasında millimizin futbolçusu Mahir Emreli də var:

“Azarkeşlər “Legiya”nın ən azı iki oyunçusunu vurublar: Mahir Emreli və Lukinyas”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra baş məşqçi Marek Qolembyevski istefa verib. “Legiya” hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.