Polşalılar Rusiya ilə NATO arasında mümkün müharibədən narahatdırbackend

Polşalılar Rusiya ilə NATO arasında mümkün müharibədən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşalıların yarıdan çoxu Rusiya ilə NATO arasında mümkün müharibədən narahat olduğunu bildirib. Editor.az bu barədə “SuperExpress” ə istinadən məlumat yayıb. Sorğunun nəticələrinə görə, polyakların 56 faizi NATO ilə Rusiya arasında hərbi münaqişədən ehtiyat edir. Respondentlərin 32%-i məsələnin açıq münaqişəyə çevrilməyəcəyinə inanır. Digər 12% isə suala cavab verməkdə çətinlik çəkib. Sorğuda Polşada yaşayan 1060 yaşlının iştirak etdiyi qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Fransa Silahlı Qüvvələrinin istefada olan generalı, GEOPRAGMA tədqiqat mərkəzinin rəis müavini Jan-Bernard Pinatel Rusiya Federasiyasının Avropaya hücum etməyəcəyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az